Bazar, 28 Aprel

ABŞ-dan İrəvana sərt xəbərdarlıq – “Bunun bədəli..."

image

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bu ölkənin Mərkəzi Bankında olub.

Xəbər verilir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, xanım səfir təxminən 2 ay əvvəl Ermənistan Mərkəzi Bankının binasına baş çəkib, bank rəhbərləri ilə görüşüb və onları Rusiya vətəndaşlarına kömək etməkdən çəkinməyə çağırıb.

Qəzet bununla bağlı Mərkəzi Bank və hökumətdən heç bir təkzib və ya təsdiq almadığını yazıb.

Banklar İttifaqının sədri Seyran Sərkisyan “Hraparak”a belə bir görüşdən xəbərsiz olduğunu deyib. Amma Mərkəzi Bankın adları açıqlanmayan nümayəndələri məlumatı təsdiqləyiblər.

İrəvandakı ABŞ səfirliyi də Treysinin Mərkəzi Bankda görüş keçirdiyini təsdiqləyib:

“ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini yüksək qiymətləndirir və bu məsələ ilə bağlı Ermənistanın bank sektorunun nümayəndələri ilə müntəzəm əlaqə saxlayır. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ, onun müttəfiqləri və tərəfdaşları tərəfindən tətbiq edilən sanksiyalar Prezident Putinin üstünlük verdiyi müharibəni dəstəkləyənlərə ödədilən ağır bədəldir”.

Beləliklə, səfir Ermənistan Mərkəzi Bankının rəhbərliyi ilə görüşərək, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmamaq barədə xəbərdarlıq edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39